Surət Hüseynov bir müddət əvvəl insult keçiribmiş - AÇIQLAMA

31-07-2023, 16:58           
Surət Hüseynov bir müddət əvvəl insult keçiribmiş - AÇIQLAMA
Surət Hüseynov bir müddət əvvəl insult keçiribmiş - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynov bu gün vəfat edib.

Yaxınları onun ölümü ilə bağlı bəzi məlumatları Gununsesi.info ilə bölüşüb.

Bildirilir ki, Surət Hüseynov bir müddət əvvəl Rusiya paytaxtı Moskvada insult keçiribmiş.

Yaxınları bildirib ki, insult nəticəsində Hüseynovun bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası yaranıb: “Bir az özünə gəlmişdi. İsrarla deyib ki, Türkiyədə həkimim var. O məni müayinə edəcək. İstanbula getmək üçün təkbaşına təyyarəyə minib. Elə İstanbul hava limanında təyyarədən enərkən qəfil huşunu itirib. Tibbi müdaxiləyə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.