Ərindən boşanan 23 yaşlı gəlin ÖZÜNÜ ASDI

1-08-2023, 14:14           
Ərindən boşanan 23 yaşlı gəlin ÖZÜNÜ ASDI
Bərdədə intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Orada məskunlaşan məcburi köçkün, Kəlbəcər rayon sakini 23 yaşlı Leyla Mehdizadə tövlədə özünü asaraq intihar edib.

İlkin məlumata görə, onun özünə qəsd etməsinə səbəb ərindən boşanması olub.

Belə ki, L.Mehdizadə ailə problemləri ilə əlaqədar bir neçə gün əvvəl ərindən boşanıbmış. Buna dözməyən qadın canına qəsd edib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru