Qazax Rayon İcra Hakimiyyəti bu şirkətə yarımmilyon manatdan çox pul köçürəcək (FOTO)

2-08-2023, 00:06           
Qazax Rayon İcra Hakimiyyəti bu şirkətə yarımmilyon manatdan çox pul köçürəcək (FOTO)
Qazax Rayon İcra Hakimiyyətinin Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "GƏNCƏ KÖRPÜ TİKİNTİ-2" ASC olub. Bununla da tərəflər arasında 524.990,86 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 143 min 104 AZN olan "GƏNCƏ KÖRPÜ TİKİNTİ-2" ASC-nin idarə Heyətinin Sədri Rzayev Süleyman Qənbər oğludur.

Xatırladaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru