"Göyçə gölünün yaxınlığında hərbi əməliyyatlar keçiriləcək" - Ara Vardanyan

4-08-2023, 20:57           
"Göyçə gölünün yaxınlığında hərbi əməliyyatlar keçiriləcək" - Ara Vardanyan
Daim təxribatlar törədən, bununla da regionda münaqişənin saxlanılmasında maraqlı olan Ermənistan yeni təxribatlara hazırlaşır. Bunu düşmən ölkənin KİV-nin mövqeyindən açıq – aydın hiss eləmək mümkündür. Bəzi siyasi dairələrin müharibə çağırışları, hakimiyyətin tutduğu qeyri-konstruktiv mövqe də silahlı toqquşmanı qaçılmaz edir. Ötən həftədən Ermənistanın sərhəddə topladığı maşın karvanı və bu hadisəni dünyanın siyasi gündəminə çıxartmaq cəhdi də təxribatdır və gələcək silahlı toqquşmalara zəmin yaradır. Ermənistanda da qarşıdurmanı təxmin edənlər var.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, “Ermənistan” fraksiyasından parlamentdə təmsil olunan Ara Vardanyan bildirib ki, sərhəddə yeni təxribatlar gözlənilir:

“Toqquşmanın sentyabrın sonu – oktyabrın əvvəlində baş vermək ehtimalı var. Sərhədin müxtəlif hissələrində, o cümlədən Cermukda, Vardenisdə, ola bilsin ki, Sevan (Göyçə) yaxınlığında da genişmiqyaslı hərbi əməliyyatlar keçirilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.