Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Xeybər-Paxtunxva (Sərhəd) vilayətinin Battaqram şəhərindən 25 km şimal-qərbdə, 43 km dərinlikdə yerləşib. Zəlzələdən sonra 4 və 5 maqnituda arasında iki afterşok qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.