Bolqarıstanda sürət qatarı avtomobilə çırpılıb: Ölən var

6-08-2023, 09:28           
Bolqarıstanda sürət qatarı avtomobilə çırpılıb: Ölən var
Sofiya-Varna sürət qatarı Bolqarıstanın şimalındakı Pavlikeni şəhəri yaxınlığındakı dəmir yolu keçidində minik avtomobilinə çırpılıb.

İlkin məlumata görə, avtomobilin sürücüsü olan qadın ölüb.

Qatarda olan sərnişinlər xəsarət almayıblar.

Bildirilir ki, xüsusi siqnalın işə düşməsinə baxmayaraq, avtomobilin sürücüsü keçiddən keçmək qərarına gəlib. Hadisə də həmin anda baş verib.
Polis hadisə yerində araşdırma aparır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru