Səbühu Məmmədli ÖLÜM AYAĞINDADIR... - SON DURUMU

7-08-2023, 15:37           
Səbühu Məmmədli ÖLÜM AYAĞINDADIR... -
Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır stabil olaraq qalır.

DİA.AZ xəbər verir ki, bu gün APA Media Groupun rəhbərliyi jurnalistin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə görüşüb.

Bildirilib ki, reanimasiyada müalicəsi davam etdirilən jurnalist hələ də komatoz vəziyyətdədir və kənar təsirlərə reaksiya vermir. Xəstənin komatoz vəziyyətdən çıxması üçün lazım olan bütün zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan Səbuhi Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti sonradan ağırlaşıb. Dərhal reanimasiyaya yerləşdirilən jurnalistin durumu ağır qiymətləndirilir.

Xatırladaq ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.