Bərdədə idarəetmədən çıxan avtomobil ağaca çırpıldı: Xəsarət alan var - FOTO

8-08-2023, 08:46           
Bərdədə idarəetmədən çıxan avtomobil ağaca çırpıldı:
Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Bərdə-Tərtər yolunun Bərdənin Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Renault” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru