Qadına əli ilə toxundu, 10 sutka həbs edildi - TƏFƏRRÜAT

9-08-2023, 17:14           
Qadına əli ilə toxundu, 10 sutka həbs edildi - TƏFƏRRÜAT
Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsində qadına qarşı əxlaqsızlıq edən şəxs saxlanılıb.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 2000-ci ildə Ağdam rayonunun Əfətli kəndində anadan olan, Nərimanov rayonu, Təbriz küçəsindəki yataqxanada yaşayan Cavid (şərti) adlı şəxs Günel Məmmədovaya qarşı əxlaqsız hərəkət etdiyinə görə məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən təqsirli bilinib və 10 sutka həbs edilib.

Günel Məmmədovanın şikayəti əsasında saxlanılan Cavid izahatında ona qarşı əxlaqsızlıq hərəkəti etmədiyini bildirib. O, yalnız ehtiyatsızlıqdan Günel Məmmədovaya əli dəydiyini, əməlindən peşman olduğunu bildirib.

O, saxlanılan zaman polisin qanuni tələblərinə tabe olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru