Evə təmir üçün çağırılan usta öldü

9-08-2023, 18:44           
Evə təmir üçün çağırılan usta öldü
Gənc “santexnik” çağırış əsasında gəldiyi mənzildə ölüb. Lent.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə Moskvada baş verib. Qeyd olunur ki, yerli sakin səhər saatlarında evində problem aşkarlayıb və usta çağırıb. O gəldikdən sonra problemlə məşğul olub. Bir müddət sonra mənzil sahibi santexnikin nəfəs almadığını görüb və bundan şübhələnərək polis və təcili yardım çağırmaq qərarına gəlib.

Hadisə yerinə gələn həkimlər ustaya heç bir köməklik göstərə bilməyib və yalnız onun ölümünü təsdiqləyiblər.

İlkin məlumata görə, kişi ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da onun bədənində xəsarət aşkar etməyiblər və hazırda santexnikin ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru