Somalidə qanlı partlayış: Çoxlu sayda adam öldü

10-08-2023, 18:04           
Somalidə qanlı partlayış: Çoxlu sayda adam öldü
Somalidə qanlı partlayış olub.

Yol kənarına döşənmiş bombanın partlaması nəticəsində 6 nəfər can verib, 12 nəfər yaralı var.

Bombalı hücum sərnişin avtobusu yoldan keçərkən edilib.

Somalinin Sabel bölgəsinin İcra başçısı Məhəmməd İbrahim açıqlamasında sərnişin avtobusuun partlayışa məruz qalmasını təsdiqləyib.O, bu hücmunu Əş-Şəbab Terror Təşkilatı tərəfindən törədildiyini bildirib. İbrahimin sözlərinə görə, məqsəd iş adamlarını hədəf almaq olub.

Xatırladaq ki, Somali Prezidenti Hasan Şeyx Mahmud ölkədə tez-tez hücumlar gerçəkləşdirən Əş-Şəbab Terror Təşkilatına qarşı mübarizə aparmağa qərar verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.