Hollandiyada 600 milyon avro dəyərində kokain məhv edildi

11-08-2023, 00:12           
Hollandiyada 600 milyon avro dəyərində kokain məhv edildi
Hollandiyanın gömrük orqanları təxminən 600 milyon avro dəyərində kokaini müsadirə edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Krallığın prokurorluğu məlumat yayıb.

Agentliyin məlumatına görə, iyul ayında Ekvadordan Rotterdam limanına gələn banan konteynerdə 8 ton psixoaktiv maddə aşkar edilib. Dəniz limanı tarixində ən böyük kokain bağlamalarının müəyyən edilməsi ilə bağlı məlumatlar istintaqın maraqları baxımından açıqlanmayıb. Müsadirə edilən narkotik vasitələr məhv edilib. Həbslər barədə də məlumat verilməyib.

Xatırladaq ki, bu yaxınlarda hollandiyalı sabiq futbolçu David Mendez da Silva kokain alverində iştirak etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Da Silva Rotterdam məhkəməsi tərəfindən 74 və 105 kq ağırlığında iki partiya kokainin idxalına görə məhkum edilib. O, həmçinin daha 1300 kq narkotik maddə idxal etməyə hazırlaşmaqda təqsirli bilinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru