İŞİD-in avtobusa hücumu nəticəsində 20 suriyalı hərbçi həlak olub

11-08-2023, 12:34           
İŞİD-in avtobusa hücumu nəticəsində 20 suriyalı hərbçi həlak olub
Suriyanın Deyr əz-Zor əyalətində İŞİD yaraqlılarının avtobusa hücumu nəticəsində 20 suriyalı hərbçi həlak olub.

APA xəbər verir ki, bu barədə RİA Novosti Suriya təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

10 nəfərin də yaralandığı bildirilir.

Agentliyin məlumatına görə, silahlıları Bədiyat əl-Məyadin səhrasında hərbçilərin olduğu avtobusu pusquya salıblar.

Bundan əvvəl İŞİD Pakistanın şimal-qərbində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru