Zelenski müdafiə nazirini işdən çıxarır?

11-08-2023, 09:37           
Zelenski müdafiə nazirini işdən çıxarır?
Ukrayna müdafiə naziri Aleksey Reznikov tutduğu vəzifədən uzaqlaşdırıla bilər.

Lent.az xəbər verir ki, bu barədə Ukrayinskaya Pravda nəşri Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Reznikovun tutduğu vəzifədən uzaqlaşdırılması imkanını nəzərdən keçirir.

“Birinci namizəd Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi isə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışindir”, - deyə qeyd olunub.

Reznikovun özü isə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru