Vəhşi itlər iki turisti dişlədi

11-08-2023, 10:25           
Vəhşi itlər iki turisti dişlədi
Avstraliyada vəhşi dinqo itləri səyahət zamanı iki turisti dişləyib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hər iki hadisənin turistik yer kimi məşhur olan K'qari adasında (keçmiş Freyzer adası kimi tanınır) baş verdiyi məlum olub. Heyvan birinci qadının üzündən, digərini isə budundan dişləyib. İkinci qadın müalicədən imtina edib. Kvinslend Parkları və Vəhşi Təbiət Xidməti hadisəni araşdırır və insanları ayıq-sayıq olmağa çağırır.

Xatırladaq ki, bu yaxınlarda Avstraliyada turistlər vəhşi dinqo itləri ilə selfi çəkdirdikdən sonra 1500 dollardan çox cərimə ödəməli olublar. Avstraliya səlahiyyətliləri belə ağır cəzanı səyahətçilərin özlərini həddindən artıq təhlükə altına atmaları ilə izah ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.