Rusiya pilotsuz zirehli avtomobilin istehsalına başlayır

11-08-2023, 15:44           
Rusiya pilotsuz zirehli avtomobilin istehsalına başlayır
Rusiya “Zubilo” pilotsuz zirehli avtomobilin istehsalına başlayır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, avtomobilin hazırlanması Rusiyada xüsusi təyinatlı avadanlıqların istehsalı ilə məşğul olan “Remdiesel” ASC tərəfindən həyata keçiriləcək.

Hücum üçün nəzərdə tutulmuş zirehli avtomobil “Ordu-2023” beynəlxalq hərbi sərgidə təqdim ediləcək.

Zirehli pilotsuz avtomobil əsas məqsədi ilə yanaşı, həm də döyüş sursatı, yük və xəsarət alanların daşınması, radiostansiyaların və kvadrokopterlərin yüklənməsi üçün istifadə oluna bilər.

Qeyd edək ki, avqustun 14-dən 20-dək Moskva yaxınlığındakı Kubinka şəhərində “Ordu-2023” IX beynəlxalq hərbi-texniki sərgi keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru