Azyaşlı oyun zamanı boynunu sındırıb öldü - Lənkəranda dəhşət

11-08-2023, 17:14           
Azyaşlı oyun zamanı boynunu sındırıb öldü - Lənkəranda dəhşət
Lənkəranda bədbəxt hadisə baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu sınıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.