Ermənistanda hərbi qulluqçu Hranik Xnkoyan aldığı yaradan ölüb. Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, insident avqustun 11-də naməlum şəraitdə baş verib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bu, gün ərzində Ermənistan ordusunda qeydə alınan ikinci belə hadisədir.