Külli miqdarda narkotiklə həbs edilən adam bəraət aldı / Video

12-08-2023, 16:48           
Külli miqdarda narkotiklə həbs edilən adam bəraət aldı / Video
Son zamanlar Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmlərinin sayı artıb.

Gununsesi.info Bakı Ağır Cinayətlər Məhkəməsinə istinadən xəbər verir ki, külli miqdarda narkotiklə həbs edilən adam bəraət alıb.

Belə ki, avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə təqsirləndirilən Cavadov İsa Yavər oğluna, Hakimlər Novruz Kərimov, Azər Paşayev və Rasim Sadıxovdan ibarət məhkəmə tərkibi Cavadov İsa Yavər oğlunun cinayət əməlini törətməsinin sübuta yetirilməməsi əsası ilə onun haqqında bəraət hökmü çıxarmışlar.
Xatırladaq ki, sərbəst buraxılan Cavadov İsa Yavər oğlu külli miqdarda narkotik ittihamı ilə həbs edilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru