Ukrayna ordusu Rusiyanın 4 sursat anbarını məhv edib

24-09-2023, 09:47           
Ukrayna ordusu Rusiyanın 4 sursat anbarını məhv edib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 50-dən çox texnika və silahını məhv edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə “Tavriya” qoşunlarının əməliyyat-strateji qrupunun komandanı, briqada generalı Aleksandr Tarnavski bildirib.

Onun sözlərinə görə, gün ərzində düşmən Ukrayna mövqelərinə 17 dəfə hücum edib və 783 hücum həyata keçirib, 1 raket və 17 hava zərbəsi endirib.

Gün ərzində 70 rus əsgəri həlak olub, 154-ü yaralanıb.

Müdafiə Qüvvələri Rusiyanın 51 hərbi texnikasını və 4 silah-sursat anbarını da məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru