Rusiya vilayətində fövqəladə vəziyyət elan edilib

1-10-2023, 10:08           
Rusiya vilayətində fövqəladə vəziyyət elan edilib
Lipetsk hakimiyyəti bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edib. “Buna səbəb su kəmərində baş vermiş qəzadır”, - deyə şəhərin meri Yevgeniya Uvarkina bildirib.

O, “Telegram” kanalında yerli fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Bələdiyyə sədrinin sözlərinə görə, qəzanın nəticələri tezliklə aradan qaldırılacaq.
Qeyd edək ki, cümə axşamı Lipetskdə Qaqarin və Tsiolkovski küçələrinin kəsişməsində su borusu partlayıb. Bu səbəbdən 3, 4, 8 saylı mikrorayonlarda aparılan bərpa işləri ilə əlaqədar istehlakçılara suyun verilməsi dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru