Yasamal rayonunda qəza olub, ölən var - FOTO

2-10-2023, 08:26           
Yasamal rayonunda qəza olub, ölən var - FOTO
Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakı dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə düşən hissəsində qeydə alınıb.

Şosedə piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1988-ci il təvəllüdlü Ceyhun Mustafayev “Kia” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən hadisə yerində ölüb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şosedə sıxlıq yaranıb.
Sürücünün izahatı alınıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru