Qaradağda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

5-10-2023, 08:07           
Qaradağda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var
Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Report”un məlumatına görə, 194 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Məlahət Əmir qızı Abbasova və İsmayıl Badir oğlu Abbaslı xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru