HAMAS Təl-Əvivi atəşə tutub

19-10-2023, 00:14           
HAMAS Təl-Əvivi atəşə tutub
HAMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.

Bu barədə qrupun "Telegram" kanalında məlumat yayılıb.

Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajdır.

Atışmanın nəticələri barədə məlumat verilmir.

Öz növbəsində, İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru