Sidney yaxınlığında bir milyon dollara ada satılır

Bu gün, 15:48           
Sidney yaxınlığında bir milyon dollara ada satılır
Sidney (Avstraliya) yaxınlığındakı şəxsi ada 1 milyon dollara satışa çıxarılıb.

"Daily Mail" xəbər verir ki, alıcılar müəyyən çətinliklərlə üzləşəcəklər.

Söhbət Sidneydən iki saatlıq məsafədə olan Karua çayı üzərindəki Buqi-Buqi adasından gedir. Adanın sahəsi 66,7 hektardır. Ərazi vəhşi flora və fauna ilə əhatə olunub. Çayda miqrasiya zamanı buraya gələn balıqlar, xərçənglər və hətta delfinlər yaşayırlar.

Lakin adada nə işıq, nə də su yoxdur. Mövcud olan yeganə infrastruktur estakada, kiçik daxma və bir neçə köməkçi tikilidir.

Əvvəllər ərazidən südçülük ferması kimi istifadə olunub. Buraya çatmağın yeganə yolu qayıqla getməkdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru