Zaxarov dünyasını dəyişdi

20-10-2023, 00:09           
Zaxarov dünyasını dəyişdi
SSRİ-nin keçmiş mədəniyyət naziri Vasili Zaxarov 90 yaşında vəfat edib.

32gun.az xəbər verir ki, RİA Novosti- yə Zaxarovun həmkarlarından birinin nəvəsi bildirib. O, dəfn mərasiminin oktyabrın 21-i saat 11:30-da keçiriləcəyini desə də, harada olacağını açıqlamayıb.

Vasili Zaxarov 1934-cü il yanvarın 5-də Tver vilayətinin Xriplı kəndində anadan olub. 1968-ci ildə Lensovet adına Leninqrad Texnologiya İnstitutunda siyasi iqtisad kafedrasının müdiri olmuş və 1973-cü ilə qədər bu vəzifədə qalmışdır. 1978-ci ildə Zaxarova Sov.İKP Leninqrad Vilayət Komitəsinin katibi, 1983-cü ildə isə Sov.İKP MK-nın təbliğat şöbəsinin müdirinin birinci müavini təyin edilib.

Zaxarov 1986-cı ildə SSRİ mədəniyyət naziri oldu. O, 1989-cu ilə qədər bu vəzifədə çalışıb, bundan sonra daha bir il, 1990-cı ilə qədər RSFSR Nazirlər Soveti sədrinin müavini olub.

1990-cı ildən Zaxarov SSRİ-nin Yuqoslaviyadakı səfirliyində nazir-müşaviri olub, 1994-cü ildə təqaüdə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru