Rusiya Xarkov vilayətində mülki infrastrukturu vurub, ölənlər və yaralananlar var

22-10-2023, 08:49           
Rusiya Xarkov vilayətində mülki infrastrukturu vurub, ölənlər və yaralananlar var
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində poçt terminalını atəşə tutması nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleh Sinehubov teleqramda bildirib.

“Zərərçəkənlər arasında vəziyyəti ağır olanlar da var. Həkimlər bütün lazımi yardımları göstərirlər”, - Sinehubov yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də teleqramda qeyd edib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalı və mülki infrastruktura yönələn həmlələrə ön xətdə əldə olunan nəticələrlə cavab verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru