Oğlu öldürülən ana 13 il azadlıqdan məhrum edildi

20-11-2023, 18:37           
Oğlu öldürülən ana 13 il azadlıqdan məhrum edildi
2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyaları zamanı hökumət məmurları tərəfindən öldürülən Məhəmməd Cavad Zahidinin anası Məhsa Yəzadni 13 il azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Meysəm Musəvi məlumat yayıb.

O, müvəkkilinin ağır həbs cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyini bildirib.

Vəkilin sözlərinə görə, Məhsa Yəzadni “hökumətə qarşə təbliğat”, “rəhbəri təhqir etmək” və “müqəddəsləri təhqir etmək” ittihamlarına görə cəzalandırılıb.

Qeyd edək ki, oğlu məmurlar tərəfindən güllələnən ana sosial mediada hakimiyyətin dinc etirazçıları qətlə yetirdiyi ilə bağlı paylaşımlar etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.