QHT-lərlə görüşdə videoçarx və filmlərə baxış keçirilib

23-07-2016, 08:34           


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Video materialların ve elektron resursların ekspertizası üzrə Komissiyası üzvlərinin QHT-lərlə görüşü keçirilib.
Görüşdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı il birinci və ikinci qrant müsabiqələrində qalib olan QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırlanan videomateriallarla bağlı Şuranın əsas tələblərindən və yol verilən qüsurlardan danışıb.
İcraçı direktor QHT-lərin çəkəcəyi videoçarx, film və digər bu kimi materialların yalnız peşəkar meyarlar əsasında hazırlanmasının zəruri olduğunu qeyd edib.
Görüşdə Komissiyaya daxil olan videomateriallara baxış keçirilib. Komissiya üzvləri, QHT rəhbərləri və ekspertlər Şuraya təqdim olunan videomateriallarla bağlı rəy və təkliflərini bildiriblər.
Toplantıda QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırladıqları videomateriallarla bağlı Komissiyanın tövsiyyələri çatdırlıb.


Mətbuat xidməti















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru