63 yaşlı keçmiş səfirimiz 25 yaşlı ukraynalı model ilə evlənib

23-07-2016, 23:01           

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, 63 yaşlı hazırkı diaspor rəhbəri Tələt Əliyev 25 yaşlı ukraynalı keçmiş model ilə evlənib. Ukraynadakı mənbənin verdiyi məlumata görə, T. Əliyev artıq rəsmi tədbirlərə Alyona Solyanik adlı gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır.

Xeyli sayda övladı və nəvələri olmasına baxmayaraq gənc ukraynalı xanımla yaşayan T. Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirib.

Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. O buna qədər Ukrayna Azərbaycanlıları konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru