Bakı sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Gununsesi.info Lent.az-a istinadən bildirir ki, 34-cü Polis Bölməsinə gələrək ərizə yazan Qasımov Talıb Asif oğlu bildirib ki, onunla birgə kirayə tutduğu evdə yaşayan 1991-ci il təvəllüdlü Hətəmova Nəsibə Məmmədhəsən qızı 3 gün əvvəl mənzildən çıxıb. Həmin vaxtdan sonra 25 yaşlı qızla əlaqə saxlamaq, ondan xəbər tutmaq mümkün olmayıb. T.Qasımov itkin düşən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib. Axtarış tədbirləri həyata keçirilir.