Məcburi köçkünlər yolu bağladılar

26-07-2016, 16:42           
Məcburi köçkünlər yolu bağladılar
Bu gün saat 10:30 Dərnəgüldə yaşayan məcburi köçkünlər aksiya keçiriblər

Bu haqda hadisənin şahidi olmuş oxucumuz Elnur Sabitoğlu məlumat verib.

Etirazın səbəbi onların yaşadığı binanın elektrik enerjisinin sabit olması, işıqlarının qəfildən güclənməsinə görə elektrik avadanlığının sıradan çıxmasıdır. Binanın sakinləri bununla əlaqədar dəfələrlə əlaqədar orqanlara şikayət etsələr də, problem çözülməyib.

Aksiya iştirakçıları “Elit” ticarət mərkəzindən “Clear” otelinə qədər olan ərazidə yolu bağlayıblar. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı gəlib. Aksiyaçılara problemin həll olunacağına dair vəd verilib və yol açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru