Mədət Quliyev DTX əməkdaşları qarşısında tələb qoydu-ƏKS TƏQDİRDƏ QOVULACAQSINIZ

28-07-2016, 11:00           

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlar qarşısında tələb qoyub. Gununsesi.info-nun xəbərinə görə, Mədət Quliyev DTX əməkdaşlarının yol-hərəkəti qaydalarına ciddi riayyət etmələri, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlamaları barədə onlara tapşırıq verib.
O, həmçinin, bildirib ki, Yol-Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilləri saxlanan DTX-çıların cərimədən yayınmaq üçün xidməti vəsiqələrini polisə göstərməsi barədə fakt aşkarlanarsa, həmin əməkdaş dərhal işdən kənarlaşdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru