Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 43 dollardan aşağı düşüb

28-07-2016, 16:18           
Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 43 dollardan aşağı düşüb
Dünya bazarında neft kəskin ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 41,73 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar azalaraq 42,96 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti cari ilin aprelin 20-dən etibarən ilk dəfə 43 dollardan aşağı enib.

Analitiklər neftin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirir. ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 16-22 iyul aralığında neft ehtiyatları 519,5 mln. bareldən 521,1 mln. barelədək artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru