İsmayıllıda otel tikintisinə başlandı.

3-08-2016, 19:14           

teref.az -“Azərbaycan Respublikası regionlarının 2014-2018—ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonların özünümaliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması və infrastruktur müəssisələrinin yaradılması barədə tapşırıq vermişdi.
Ölkə rəhbərinin tapşırıq, göstəriş və tövsiyələrinin icrasına məsuliyyətlə yanaşan İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi qeyd olunan məqsədə xidmət edən sərəncam-iş adamına Heydər Əliyev prospektində özünə məxsus torpaq sahəsində (RX0855044 saylı şəhadətnamə) otel tikməyə razılıq verib.Artıq işə başlanıb.
Otelin 1336 kvadratmetr sahəsinin 1000 kvadratmetri tikinti altına düşür. Bina zirzəmi və beş mərtəbədən ibarət olacaq. 43 nömrəli oteldə başlanğıcda 25-35 nəfər İsmayıllı sakini işləyəcək. İnvestisiyanın həcmi 3,5 milyon manatdır.
Rayon icra hakimiyyəti bu kimi tədbirlərlə dotasiyanı azaltmaq və tədricən özünümaliyyələşdirməyə keçmək üçün çalışır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru