Bakıda Türkiyə vətəndaşının varidatı oğurlanıb

5-08-2016, 11:10           
Bakıda Türkiyə vətəndaşının varidatı oğurlanıb
Bakıda oğrular Türkiyə vətəndaşının evini qarət ediblər.

APA-nın məlumatına görə, naməlum şəxslər evdən külli miqdarda pul aparıblar. Hadisə rayonun Kaveroçkin küçəsində qeydə alınıb. Belə ki, sözü gedən ünvanda yaşayan Türkiyə vətəndaşı 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min Azərbaycan manatı oğurlayıblar. Dərhal Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Mənzilə baxış keçirən polis əməkdaşları oradan barmaq izləri götürüblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, oğrular Türkiyə vətəndaşının yaşadığı mənzilə açar seçmə yolu ilə daxil olublar.

Hazırda sözü gedən oğurluq hadisəsinin kim tərəfindən törədilməsi Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru