Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib - ƏMR
5-08-2016, 12:20
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. “Report”un xəbərinə görə, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad edilib. O, nazirin imzaladığı digər əmrlə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəisi təyin olunub. Xatırladaq ki, Nərimanov RPİ-nin əvvəlki rəisi İsmayıl Əsədov keçən ay vəzifəsindən azad edilib.