Sumqayıtda xəstəxananın baş həkimi işdən qovuldu - CƏZA

5-08-2016, 21:23           
Sumqayıtda xəstəxananın baş həkimi işdən qovuldu - CƏZA
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib.

Modern.az xəbər verir ki, bu gün icra hakimiyyətində keçirilmiş müşavirədə Zakir Fərəcov ilk öncə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Daha sonra isə Zakir Fərəcov, şəhərin səhiyyə sistemində ciddi nöqsanlar var, bəzi cavabdeh şəxslər, baş həkimlər vəzifələrinin öhdəsindən gələ bilmirlər ifadələrindən istifadə edib.

İcra başçısı Sumqayıt şəhər Uşaq xəstəxanasında 2 ay müddətində işıq sisteminin olmamasını rüsvayçılıq adlandırdı. İşində yol verdiyi ciddi nöqsanlara görə həmin xəstəxananın baş həkim əvəzi Sevinc Əliyeva və infeksion şöbəsinin müdiri Sehri Babayev vəzifələrindən azad edildi.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə töhmət verildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru