Vatsapda bu da mümkün olacaq

10-02-2024, 07:24           
Vatsapda bu da mümkün olacaq
Vatsapın dəstək xidməti ilə əlaqə saxladığı zaman süni intellekt (AI) ilə ünsiyyət qurmaq imkanı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Mütəxəssislər bildiriblər ki, iOS cihazlarında vatsapın yeni yeniləməsi süni intellektlə qarşılıqlı əlaqəyə imkan verəcək.

“Dəstək qrupunun bəzi cavabları istifadəçilərə operativ kömək göstərmək üçün neyron şəbəkəsi tərəfindən yaradılacaq”, - materialda deyilir.

Qeyd olunub ki, AI-nin xidmətə tətbiqinə baxmayaraq, neyron şəbəkənin cavabı onların problemini həll etməsə, istifadəçilər yenə də kömək üçün real operatora müraciət edə biləcəklər.

Yeni funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru