Havay adalarında güclü zəlzələ olub

10-02-2024, 12:18           
Havay adalarında güclü zəlzələ olub
ABŞ-nin Havay ştatının yerləşdiyi Havay adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

İnsan ölümü və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.