İŞİD insanları samanlıqda yandırdı

7-08-2016, 10:14           
İŞİD insanları samanlıqda yandırdı
İŞİD terror qruplaşması dünən İraqın Kərkük şəhərinin Havicə mahalında 60 dinc sakini qətlə yetirib.

Axar.az xəbər verir ki, bunu sözügedən mahalın kaymakamı Səbhan Cuburi deyib.

Onun sözlərinə görə, buna səbəb sözügedən şəxslərin təhlükəsiz bölgələrə qaçmaq istəməsi olub:

“İŞİD tərəfindən yaxalanan və aralarında bir qadının da olduğu 60 mülki şəxs Biqara hərbi bazasına aparılaraq orada qətlə yetiriliblər. Qadınlar və uşaqlar bir qrup halında, kişilər isə fərqli bölgədə öldürülüb. Bundan əlavə, peşmərgə sıralarına qoşulmaq istəyən şəxslər isə samanlıq əraziyə salınaraq yandırılıb”

Qeyd edək ki, Havice mahalı 2014-cü ildən bəri İŞİD-in əlindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru