Güclü zehin üçün səhər yemək vacibdir

21-02-2024, 16:08           
Güclü zehin üçün səhər yemək vacibdir
Günə səhər yeməyi ilə başlamaq böyüməkdə olan bədən və beyin üçün çox vacibdir. Balanslı və nizamlı qidalanma olmadan beyin də digər orqanlar kifayət qədər səmərəli işləyə bilməz. Xüsusilə uşaqlarda yeni şeyləri başa düşə bilməmə, diqqəti cəmləmə, yadda saxlama problemlərinə səbəb olur.Qan şəkərini sürətlə yüksəldən və aşağı salan karbohidratlı səhər yeməyi əvəzinə zülalla zəngin süd, yumurta və pendir kimi qidalar, immuniteti gücləndirən vitaminlər, minerallar və liflərlə zəngin təzə tərəvəz və meyvələr, çox taxıllı çörək kimi qidalara üstünlük verilməlidir.Gündəlik enerji ehtiyacını qarşılamaq üçün yulaf və kinoa da istehlak edilməlidir. Bu qidalanma üsulu qanda şəkərin daha balanslı qalmasını təmin edir. Səhər yeməyini yeməyən uşaqların dərslərdə konsentrasiyası və qavrayışı aşağı olur.Zərərli qəlyanaltılar istehlak edən şagirdlərdə dərslər zamanı yorğunluq və yatmaq istəyi yaranır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.