Taylandda qəribə virus yayılıb

21-02-2024, 18:54           
Taylandda qəribə virus yayılıb
Taylandda qəribə virus yayılıb.

Belə ki, təsirə məruz qalanlar bir neçə həftə şiddətli öskürək və yüksək hərarətdən əziyyət çəkirlər. Bununla belə, həkimlər xəstələrə dəqiq diaqnoz qoya bilmirlər.

Xəstələr bir neçə həftə ərzində özlərini zəif hiss etdiklərini, davamlı olaraq 39 dərəcə temperatura malik olduqlarını, həmçinin uzun müddət keçməyən dəhşətli öskürəyin olduğunu deyirlər. Yerli həkimlərin təyin etdiyi bəlğəmgətirici və virusəleyhinə dərmanlar kömək etmir. Bəzi pasiyentlər naməlum xəstəliyin simptomlarının bir aydan çox davam etdiyini vurğulayıblar.
Mənbə: “Shot” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru