Kamil Zeynallı bu maddələrlə ittiham olunur - məhkəməsinin vaxtı məlum oldu

21-02-2024, 15:01           
Kamil Zeynallı bu maddələrlə ittiham olunur -
Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.

Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.

Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru