Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb 27-02-2024, 16:54 Bakının Sabunçu rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.1989-cu il təvəllüdlü Cəmaləddin Seyfəddin oğlu Cəfərov yolu keçərkən avtomobil onu vurub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş