36 yaşlı qadın qəyyumluğa götürdüyü uşağı davamlı surətdə döyüb, məcbur edib ki…

27-02-2024, 12:38           
36 yaşlı qadın qəyyumluğa götürdüyü uşağı davamlı surətdə döyüb, məcbur edib ki…
Kalininqrad vilayətində qadın doqquz yaşlı qızla nalayiq rəftara görə cinayət işinə cəlb olunub.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Qastellovo kəndinin 36 yaşlı sakini 2019-cu ildən himayə etdiyi qızı davamlı şəkildə döyüb.

Şübhəli şəxs uşağı həddindən artıq fiziki fəaliyyət göstərməyə məcbur edib. Bundan əlavə, bu il yanvarın sonunda qadın qıza yararsız yeməkləri zorla yedizdirib.

"Hazırda uşaq ailədən çıxarılıb və istintaq bir sıra reabilitasiya tədbirləri təşkil edib", - deyə məlumatda qeyd edilib.

Hazırda müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirirlər. Qəyyumluq orqanlarının işini də yoxlayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru