Prezident AzərTAc-ın maliyyələşmə mexanizmini dəyişdirdi

10-08-2016, 22:53           
Prezident AzərTAc-ın maliyyələşmə mexanizmini dəyişdirdi
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.
Gununsesi.info-nun məlumatına görə, dəyişiklik AzərTAc-ın fəaliyyətinin təşkili ilə bağlıdır.
İndiyə qədər AzərTAc dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşib və informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülüb.
Dəyişikliyə əsasən, bundan sonra AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru