İnsan alverinə qarşı qabaqlayıcı tədbir

11-08-2016, 11:26           

“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda 10 avqust 2016-ci il tarixdə növbəti dördüncü seminarını keçirmişdir. Seminarda 32 nəfər iştirak etmişdir. Seminarda, “Biznesini qur-Lider ol”, “Biznes necə yaranır”, “Biznesdə əsas məqsəd", “Biznes qurulmasına ilkin addımlar”, “Biznes planının hazırlanması”, “Marketinq planı” mövzuları müzakirə edilmişdir. Layihə çərçivəsində altı seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspert Nəzakət Balabəyova çıxış etmişdir. Hüquqi aspektlərlə bağlı iştirakçıları hüquqşünas Ağamirzə Bağırov məlumatlandırmışdır. Tədbir “Təmiz Dünya” Qadınalara Yardım İctimai Briliyinin ofisində keçirilmişdir.
Tədbirdə qadınların insan alveri və məişət zorakılığı qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi vurğulanaraq, hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları növbəti seminarlarda da tədbir iştirakçılarının diqqətinə çatdıracaqlarını bildirdilər. İştirakçılara layihə çərçivəsində hazırlanmış “Labirintdən çıxış.... İnsan alverinin qarşısını birgə alaq” mövzusunda bukletlər paylanmışdır.
Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyır.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.