Ata və oğlu bıçaqlandı

11-08-2016, 11:29           
Ata və oğlu bıçaqlandı
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Əhmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Murad Yazdan oğlu qohumları – 1965-ci il təvəllüdlü Əhməd Hafiz oğlu Əhmədovu və onun oğlu, 1980-ci il təvəllüdlü Xamza Əhməd oğlu Əhmədovu bıçaqlayıb. Bıçaqlanan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirlir. M. Əhmədov saxlanılıb.
Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru