Bakıda maskalı şəxslər jurnalistin evinə basqın edib

13-08-2016, 12:21           
Bakıda maskalı şəxslər jurnalistin evinə basqın edib
Bakıda İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
Bu barədə APA-ya məlumat verən S. Bayramov bildirib ki, ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar. Hadisədən sonra evdən bir neçə qiymətli əşyanın aparıldığı məlum olub.
Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.